Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "tələbələr" Macarıstan "Pakş"ı ilə qarşılaşıb..Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı "Sabah" açıb. Xulio Rodriqes 29-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq.

17:30. "Sabah" - "Pakş" - 1:1 (İkinci hissə)