Madrid "Real"nın futbolçusu Luka Modriç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

 Offsideplus.az xəbər verir ki, "Tottenhem" 36 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. Lakin adıçəkilən oyunçu "kral klubu"yla müqaviləsini uzatmaq üçün danışıqlar aparır.

Modriçin klubuyla hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, xorvatiyalı futbolçu 2008/2012-ci illər aralığında "Tottenhem"in şərəfini qoruyub.