"Milan"ın forvardı Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Lionel Messi ilə "Mançester Yunayted"in portuqaliyalı oyunçusu Kriştiano Ronaldo arasında seçim etmək məcburiyyətində qalıb.
Offsideplus.az İsveçin “Corriere” televiziyasına istinadən xəbər verir ki, isveçli super star 34 yaşlı argentinalı ulduzu ən yaxşı hesab edib:
"Hər ikisi güclü oyunçulardır. Seçim etmək çətindir. Amma mən Messini seçərdim. Onunla birlikdə çıxış etmişəm. Leo hər çeyi təbii şəkildə edir".