Bu gün yoxlama matçında “Neftçi” və “Keşlə” komandaları üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, “Neftçi” öz bazasında “Keşli”ni sınağa çəkib. Oyun meydan sahiblərinin 4:0 hesabı qələbəsi ilə başa çatıb. 

 

 Qolları 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.