Niderland yığması ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Donni van de Bek sıradan çıxıb. 24 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.

Qeyd edək ki, AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Niderland yığması qrup mərhələsində Ukrayna, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.