Moldova çempionatında cari mövsümün çempionu bəlli olub.
Offsideplus.az xəbər verir ki, “Şerif” klubu 2020/21 mövsümünün qalibi olub.
Tiraspol təmsilçisi "Milsami"yə 6:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 4 tur qalmış hamını qabaqlayıb.
Beləliklə, komanda tarixində 19-cu dəfə ölkə çempionu adını qazanıb.