"Əl-Sədd" rəhbərliyi dünyaca məşhur Xavi ilə müqaviləni yeniləməyi məqsədəuyğun saymayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Al Kass TV" məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, sponsorlar anlaşmasının müddəti yayda başa çatacaq "Barselona"nın sabiq futbolçusuna yenidən milyonlar xərcləmək istəmir. Səbəbsə "Əl-Sədd"in Asiya Çempionlar Liqasının qrup mərhələsini ikinci pillədə başa vurub, pley-off mübarizəsinə qatıla bilməməsidir. Buna baxmayaraq, komanda daxili yarışlarda çempionluq sevinci yaşayıb, ölkə kubokunu, superkubokunu və "Əmir kuboku"nu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Xuan Laportanın gəlişindən sonra Xavinin "Barselona"ya qayıdacağı, hətta Ronald Kumanı əvəzləyəcəyi haqda xəbərlər dolaşır. Əfsanəvi "6 nömrə"nin bütün diqqətinin İspaniyada olduğu da deyilir.