"Bakı Metropoliteni" QSC "Qarabağ" - "Lion" oyunu ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, qurum AFFA-nın müraciəti əsasında təmsilçimizin Avropa Liqasının Liqa mərhələsi çərçivəsində baş tutacaq matçı ilə əlaqədar noyabrın 28-də 1 saat uzadılmış iş qrafiki ilə çalışacaq.
Metropoliten matçın axşam saatlarında bitəcəyini nəzərə alaraq gücləndirilmiş iş rejimi ilə xidmət göstərəcək.