Premyer Liqa nəhəngləri ulduz futbolçunu heyətinə qatmaq uğrunda mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, "Arsenal" və "Çelsi" "Nyukasl"ın oyunçusu Aleksandr İsak ilə yaxından maraqlanır. Bu barədə "TeamTalk" məlumat yayıb.
Komandasının İsakın keçidi üçün ən azı 115 milyon sterlinq tələb edəcəyi qeyd olunub.
Xatırladaq ki, isveçli ulduz "Nyukasl" forması ilə 2024/25 mövsümündə meydana çıxdığı 10 matçda 4 qola və 2 məhsuldar ötürməyə imza atıb.