Həmyerlimizin Konor Makqreyqor haqqında fikirləri diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, Rafael Fiziyev təcavüz mövzusunda Konorun günahkar olduğunu düşünmür:

"Fikirimcə, o qadın Konordan nəsə qoparmaq üçün onu məhkəməyə verib. Mən bu cür hekayələrə inanmıram, çünki insanlar pul üçün yalan danışmaqdan çəkinmirlər".