Həmyerlimiz Fuad Bayramov çıxış etdiyi Polşanın "Ostroveç-Şventokşisi" klubunda dubl edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 3-cü Liqanın 4-cü qrupunda autsayder "Hetman"la görüşdə iki qol vurub.
Bayramov 12 və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, sözügedən kollektiv hazırda 47 xalla 8-ci sıradadır.