UEFA Konqresində Avropa Klublar Assosiasiyasının (ECA) qitə futbol qurumunda təmsil edəcək yeni nümayəndələr açıqlanıb.
Offsideplus.az xəbər verir ki, PSJ-nin prezidenti Nasser Əl-Xəlafi, "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və İspaniya La Liqasının prezidenti Xavyer Tebas ECA təmsilçiləri təyin edilib.
Əl-Xəlafi və Rummenigge 2024, Tebas isə 2025-ci ilədək sözügedən vəzifəni icra edəcəklər.
Qeyd edək ki, İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib.