Futbol üzrə İngiltərə kubokunun yarımfinalında keçiriləcək “Lester" - "Sauthempton" matçı azarkeşlərlə keçiriləcək.

Offsideplus.az xəbər verir ki, məşhur  “Uembli” stadionunda təşkil ediləcək matça 4 min azarkeş canlı baxa biləcək. Stadiona yalnız paytaxt sakinləri girə biləcək. 

Qeyd edək ki, sözügedən oyun aprelin 18-də keçiriləcək.