Braziliya "Sao Paulo"sunda çıxış edən Dani Alves 16 ildən sonra ilk dəfə kubok qazanmayacaq. 

Offsideplus.az xəbər verir ki, Braziliya Liqasında "Palmeyras"la heç-heçə edən "Sao Paulo"nun çempion olmayacağı dəqiqləşib. 2005-2006 mövsümündən bəri hər il başı üzərinə kubok qaldıran 37 yaşlı yarımmüdafiəçi futbol tarixində ən çox titul qazanan futbolçulardan biridir. 

Qeyd edək ki, karyerası boyunca "Sevilya", "Barselona", "Yuventus", PSJ kimi nəhəng klublarda çıxış edən Dani Alves 41 kubokla zirvədədir.