Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı xorvat mütəxəssis Çinin "Beytszin Qoan" klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Slaven Biliç son olaraq İngiltərənin "Vest Bromviç" klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Biliç daha əvvəl İngiltərədə "Vest Hem" və Rusiyada "Lokomotiv" (Moskva) komandalarının, həmçinin Xorvatiya millisinin və Türkiyənin "Beşiktaş" klubunun sabiq baş məşqçisi olub.