Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradona, koronavirus simptomları göstərən bir nəfərlə təmasda olduğu üçün karantinə alınıb.

Offsideplus.az xəbər verir ki, "Ole"de yer alan xəbərə görə "Ximnasiya" klubunu çalışdıran mütəxəssis Covid-19 testi verəcək.

"Ximnasiya"nın "Patronato" ilə oynayacağı matçda komandanın başında olması gözlənməyən Maradona 2 gün sonra 60 yaşını qeyd edəcək.