"Srvena Zvezda" klubu Serbiya Superliqasında vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, koronavirus səbəbindən 2.5 aydır oynanılmayan və bu gün bərpa olunan çempionatın 27-ci turunda komanda səfərdə "Rad"la qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən "Srvena Zvezda" liqanın bitməyinə 3 tur qalmış çempionluğu təmin edib.
Belqrad təmsilçisi bununla tarixində ardıcıl 3-cü, ümumilikdə isə 31-ci dəfə ölkə çempionu olub.