Zaqreb “Dinamo”sunun klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

İddialara görə, Byelitsa maaşının azaldılmasına razı olmadığı üçün qovulub. Klub rəhbərliyi daha əvvəl eyni səbəbdən xorvatiyalı mütəxəssisin 6 köməkçisini vəzifəsindən azad edib.