Türkiyənin "Qalatasaray" klubu futbolçusu Emre Morla yollarını ayırıb.
Offsideplus.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək.
Türkiyəli hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Olimpiakos" klubunda çıxış edəcək. Bu keçid Afina təmsilçisinə 410 min avroya başa gəlib. Gənc futbolçunun mövsümün qalan hissəsi üçün olan maaşı - 290 min avro isə "Qalatasaray" klubu tərəfindən ödəniləcək.
Qeyd edək ki, müqavilə ilə İspaniyanın "Selta Viqo" klubuna məxsus olan Emre Mor cari mövsüm "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxıb.