Xorvatiyada 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az-ın məlumatına görə, "Real"ın yarımmüdafiəçisi Luka Modriç yenə hamını qabaqlayıb.

33 yaşlı orta sahə oyunçusu bununla ardıcıl 3-cü, ümumilikdə isə 7-ci dəfə bu mükafata layiq görülüb.

Səsvermə Xorvatiya çempionatında çıxış edən futbolçular və məşqçilər arasında aparılıb.