FIFA qadın futbolunda iki yeni mükafat təsis edib. 

Offsideplus.az-ın məlumatına görə, bu ildən etibarən illik mükafatların təqdimetmə mərasimində iki yeni nominasiya olacaq. Beynəlxalq Peşəkar Futbolçular Federasiyası ilə FIFA ilin ən yaxşı qadın qapıçısı və rəmzi komandasını müəyyənləşdirəcək. 

Qeyd edək ki, FIFA 2019-cu ilin qaliblərini sentyabrın 23-də İtaliyanın Milan şəhərindəki "La Skala" teatrının binasında açıqlayacaq.