1/4 final mərhələsinə sabahdan start veriləcək klublararası dünya çempionatında potensial qalib müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, superkompüter "OptaAnalyst" komandaların şanslarını dəyərləndirib. "Çelsi" və PSJ arasında həlledici final oyunu keçiriləcək. Proqnozlara görə, İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirməsinə baxmayaraq "Çelsi" 26,8% üstünlüklə titula yiyələnəcək.
Digər şanslar isə aşağıdakı kimidir:
1. "Çelsi" - 26,8%
2. PSJ - 24,9%
3. "Real Madrid" - 16,9%
4. "Bavariya" - 14,8%
5. "Borussiya Dortmund" - 7,6%
6. "Əl Hilal" - 4,3%
7. "Palmeyras" - 3%
8. "Fluminense" - 1,5%