"İlk yoxlama oyunumuz idi. Birinci matçının olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"la yoldaşlıq görüşündən sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, 0:4 hesablı məğlubiyyətə baxmayaraq, yetirmələri barədə xoş sözlər söyləyib: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdilər. Hazırda əsas məqsədimiz qarşıdakı Türkiyə toplanışında daha yaxşı çıxış edib formasını yüksəltmək və ideal vəziyyətdə olmaqdır".