"Sabah" Futbol Akademiyasının 12 yaşlılardan ibarət komandası Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq turnirində ilk oyunlarını keçirib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" birinci turda yerli “Rizespor”la qarşılaşıblar. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın yeganə qoluna Səhlab Məmmədov imza atıb.
Bundan sonra toparlanan Emin Salmanovun komandası növbəti 2 görüşdə qələbə qazanıb
Belə ki, “Sabah” “Başakşehir”i 1:0 və “Qaziantep”i 3:1 hesabı ilə məğlub edib. Bu oyunlarda Bakı təmsilçisinin hər 4 qolunu Arda Fərəmuzov vurub.
Hazırda 3 oyundan sonra "Sabah"ın hesabında 6 xal var.