Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bütün 1/8 finalçılar müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, pley-off mərhələsinin oyunları mayın 27-28-də baş tutacaq.

Azərbaycan milli komandası 1/8 final matçını sabah saat 20:30-da son dünya çempionu Rumıniyaya qarşı keçirəcək.

Elşad Quliyevin yetirmələri 1/4 finala çıxacaqları təqdirdə, İngiltərə - Bolqarıstan cütünün qalibi ilə görüşəcəklər.

27 may

17:30 İngiltərə - Bolqarıstan 

19:00 Portuqaliya - Macarıstan 

20:30 Azərbaycan - Rumıniya 

22:00 Mavritaniya- Fransa

28 may

17:30 Monteneqro - Polşa

19:00 Bosniya və Herseqovina - Tailand 

20:30 Çexiya - İsrail

22:00 Serbiya - Gürcüstan