“Sabah”ın 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq futbol turnirində iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Türkiyənin Rize şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.
Yarışda “Sabah”la yanaşı, Türkiyədən “Başakşehir”, “Fenerbahçe”, “Qaziantep”, “Gençlerbirliği”, “Rizespor” və “Samsunspor”, həmçinin Gürcüstanın “Dinamo” (Batumi) komandaları da iştirak edəcəklər.
“Rize Cup” 29 may – 1 iyun tarixlərində keçiriləcək.



