Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev karyerasını Türkiyənin I Liqa təmsilçisi "Çorum"da davam etdirəcək.

Bu barədə Offsideplus.az saytına yarımmüdafiəçinin atası, təcrübəli məşqçi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, Coşqun 2025/26 mövsümünə "Çorum"da başlamaq qərarına gəlib: "Coşqun "Çorum"a transfer olunanda "5 ay+1 il" sxemi üzrə müqavilə bağlanmışdı. Çempionat başa çatdıqdan sonra tərəflər razılığa gəliblər və müqavilədəki 1 il maddəsi işə düşüb".

Qeyd edək ki, Coşqun "Çorum"a bu ilin fevralnda Türkiyə I Liqasının digər komandası "Bandırmaspor"dan transfer olunub. 29 yaşlı futbolçu yeni klubunda 12 oyuna 2 qol vurub. "Çorum" çempionatı 10-cu pillədə başa vuraraq Türkiyə Superliqasına vəsiqə qazana bilməyib.