"Sabah” Futbol Akademiyasının U-10 komandası beynəlxalq turnirə qatılıb.
Offsideplus.az "Sabah" klubunun rəsmi saytına istinadən xəbər verir ki, "bayquşlar" Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” yarışında qüvvələrini sınayırlar.
Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu kollektiv turnirdə Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə birlikdə A qrupunda yer alıb.
“Sabah” birinci tur çərçivəsində bu gün Tacikistanın “Babilon” komandası ilə qarşılaşacaq.
"East Cup Kazan"a mayın 17-də yekun vurulacaq



