Ötən mövsümün sonunda 22 illik Arsenal karyerasına son qoyan Arsen Venger gələcəyi ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, "Bild"ə danışan fransız mütəxəssis məşqçilik karyerasını bitirməyəcəyini açıqlayıb:
"Bir az qarışıq vəziyyətdi. 35 il sonra ilk dəfə futbolda çalışmıram, karyeramı dayandırmışam. Amma bu 2-3 aylıq istirahət vücudum üçün çox yaxşı oldu. Bundan sonra hər yerdə çalışa bilərəm. Yaponiyada da işləyərəm, öz kəndim də. Hər yer ola bilər".


