"Seul"un baş məşqçisi Kim Qi-don Cessi Linqard ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Goal" məlumat verir. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Linqard kifayət qədər tanınmış ulduz futbolçudur. O, burada təvazökar hərəkət edir. İnçxon hava limanına də məhz öz hava gəmisi ilə gəlmişdi. Linqard dünyanın ən yaxşı klubunda oynayıb. Məhz buna görə, burada çətinlik çəkir".
Qeyd edək ki, sözügedən futbolçu 2024-ci ildən "Seul"un şərəfini qoruyur.