"Kardiff Siti" klubunun mərhum futbolçusu Emiliano Salanın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb
Offsideplus.az xəbər verir ki, 28 yaşında həlak olan futbolçunun göyərtəsində olduğu təyyarəni idarə edən pilotun uçuşu həyata keçirmək üçün lisenziyası olmayıb.
Məlumata görə, həmin təyyarənin texniki baxımı belə tam edilməyib və istifadəyə yararsız olub, lakin, bu barədə oyunçuya heç bir məlumat belə verilməyib və pilot havaya qalxdıqdan bir qədər sonra təyyarənin mühərrik hissəsində səs eşidib, lakin buna məhəl qoymayaraq, sürəti artırıb və uçuşa davam edib.
Xatırladaq ki, Sala "Piper Malibu" təyyarəsində olub. Nantdan Kardiffə uçan təyyarə La-Manş boğazı üzərində, Normand adalarına daxil olan Hernsi adasının sahillərinin yaxınlığında radarlardan itib.


