Minifutbol üzrə Azərbaycan yığma komandası bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşıb. Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

G qrupunun digər oyununda Misir Küveytə qalib gəlib (2:0).

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.