Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yerə çıxıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi AEK-i 5:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.