Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci qarşılaşmada Bolqarıstan “Terra Trak”ına 0:2 hesabı ilə məğlub olub.

“Zirə” ilk matçında Ukraynanın “Andezit” kollektivinə yenilmişdi – 0:1.