Azərbaycanın minifutbol üzrə komandalarından "Birbaşa Bakı" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, "Birbaşa Bakı" Moldovanın "Volta" kollektivi ilə üz-üzə gəlib. Matç Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib - 3:1.

Beləliklə, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" 1/8 finala vəsiqəni təmin edib.

"Birbaşa Bakı"nın 3-cü görüşdəki rəqibi Albaniyanın "Prestij" klubu olacaq.