İyunun 24-dən 27-dək eşitmə məhdudiyyətli əlillər arasında minifutbol turniri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarış Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakcell şirkətinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Turnir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Sərhədçi İdman Mərkəzində təşkil olunacaq oyunların təqvimini diqqətinizə çatdırırıq:

 
24 iyun
17:00. “Sumqayıt” – “Bərdə”
18:00. “Bakı” – “Gəncə”
19:00. “Şəki” – “Mingəçevir”
20:00. “Lənkəran” – “Şirvan”
 
25 iyun
10:00. “Mingəçevir” – “Sumqayıt”
11:00. “Şirvan” – “Bakı”
12:00. “Bərdə” – “Şəki”
13:00. “Gəncə” – “Lənkəran”
 
17:00. “Sumqayıt” – “Şəki”
18:00. “Bakı” – “Lənkəran”
19:00. “Mingəçevir” – “Bərdə”
20:00. “Şirvan” – “Gəncə”
 
26 iyun, yarımfinal
19:00. A1 – B1
20:00. B1 – A2
 
27 iyun, final
11:00. 3-cü yer uğrunda oyun
12:00. Final