Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl medal qazanıblar.
Gimnastlarımızın çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib. İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.
Qeyd edək ki, bu, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.