Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması yarımfinalda Serbiya ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, millimiz 3-cü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yarımfinalın Qazaxıstan - Çexiya matçı saat 21:30-da başlayacaq. Millimiz bu oyunun məğlubu ilə qarşılaşacaq.