Bakı Tennis Akademiyasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.
Offsideplus.az xəbər verir ki, turnirdə yarımfinala yüksələn digər komandanın adına aydınlıq gəlib. Pley-off mərhələsi üzrə keçirilən Çexiya – Ukrayna matçında çexiyalılar rəqib üzərində 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
Çexiya yığması finala vəsiqə uğrunda Qazaxıstanla üz-üzə gələcək.
Qeyd edək ki, turnirin digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri qarşılaşacaqlar.