Bakı Tennis Akademiyasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün pley-off və yarımfinal oyunları baş tutacaq. Pley-offda A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi Fransa ilə üz-üzə gələcək. Digər cütlükdə isə Çexiya Ukraynanı sınağa çəkəcək. 

Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla qarşılaşacaqlar.

Pley-off

1. 11:00. Fransa – Azərbaycan

2. 12:30. Çexiya – Ukrayna

Yarımfinal

20:00. Serbiya – 1-ci cütün qalibi

21:30. Qazaxıstan – 2-ci cütün qalibi