Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinin son matçları keçirilib.
Offsideplus.az xəbər verir ki, son gündə 4 görüş keçirilib.
Azərbaycan millisi A qrupunda Serbiya ilə üz-üzə gəlib. Oyun qolsuz başa çatəb. Qrupu 3-cü pillədə başa vuran millimiz mayın 5-də pley-off matçında Fransa ilə qarşılaşacaq. A qrupunu lider kimi başa vuran Serbiya isə yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yığmamız bunadək Çexiya ilə heç-heçə (0:0) edib, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlib.
Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu
17:30. İtaliya – Çexiya - 1:4
19:00. Azərbaycan – Serbiya - 0:0
Xal durumu: Serbiya - 8 xal (4 oyun), Çexiya - 8 (4), Azərbaycan - 8 (4), Gürcüstan - 3 (4), İtaliya - 0 (4).
B qrupu
14:30. Türkiyə - CAR - 10:2
16:00. Fransa - Qazaxıstan - 1:3
Xal durumu: Qazaxıstan - 9 (4), Fransa - 7 (4), Ukrayna - 7 (4), Türkiyə - 6 (4), Cənubi Afrika - 0 (4).