Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün qrup mərhələsinin son matçları oynanılacaq. Azərbaycan millisi A qrupunda Serbiya ilə qarşılaşacaq. Yığmamız daha öncə Çexiya ilə heç-heçə (0:0) edib, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlib.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.
Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu
17:30. İtaliya – Çexiya
19:00. Azərbaycan – Serbiya
Xal durumu: Azərbaycan - 7 xal (3 oyun), Serbiya - 7 (3), Çexiya - 5 (3), Gürcüstan - 3 (4), İtaliya - 0 (2).
B qrupu
14:30. CAR – Türkiyə
16:00. Fransa - Qazaxıstan
Xal durumu: Fransa - 7 (3), Ukrayna - 7 (4), Qazaxıstan - 6 (3), Türkiyə - 3 (3), CAR - 0 (3).