Paytaxtımızda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Offsideplus.az xəbər verir ki, növbəti oyun günündə Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq. A və B qruplarında əvvəlcə III turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda IV turun da bir görüşü təşkil ediləcək.

A qrupunda Gürcüstan, B qrupunda isə Ukrayna yığması iki oyun keçirəcək. A qrupunda qərarlaşan Azərbaycan millisi günün son görüşündə meydana çıxacaq. İlk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya qalib gələn yığma bu dəfə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
3 may
A qrupu

12:30. Gürcüstan – Çexiya

15:30. Serbiya – İtaliya

20:30. Azərbaycan – Gürcüstan

B qrupu

11:00. Ukrayna – CAR

14:00. Türkiyə - Qazaxıstan

19:00. Ukrayna – Fransa