Minifutbol üzrə ölkə çempionatında “play-off” mərhələsinin ilk oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qarabağ” və “Odlar Yurdu” komandaları görüşüb. Gərgin və maraqlı keçən oyunda hesab açılmayıb 0:0. Son çempion “Birbaşa”Bakı , “Qalaksi Şuşa” nı 2:0 hesabıyla məğlub edib.

Turnir cədvəlini lider kimi tamamlayan “Zirə” ilk oyunda “Veteran”a 6:1 hesabıyla qalib gələrək böyük üstünlük qazanıb. Günün son matçında “Bakı” və “Real”Bakı komandaları üz-üzə gəlib. Maraqlı keçən oyunda “Bakı” futbolçuları 5:3 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandaların cavab qarşılaşması aprelin 11-də Bakı Tennis Akademiyasında keçiriləcək.