Hindistanda azərbaycanlı güllə atıcısı Ruslan Lunyovun iştirakı ilə Dünya Kuboku yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, Lunyov 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçmada gümüş medal medal qazandıqdan sonra 25 metrə iriçaplı tapançadan atəşaçmada qüvvəsini sınayıb.
34 yaşlı idmançı təsnifat mərhələsində 573 xal toplayaraq 21-ci yeri tutub.