Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti məlum olub.
Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 1-dək davam edəcək yarışda milli komandanın 3 üzvü qüvvəsini sınayacaq.
55 kq-da Dəniz Cabbarlı, 67 kq-da Turan Əliyev və 73 kq-da Ravin Alməmmədov medal qazanmağa çalışacaq.
Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.