Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün başa çatacaq.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.

74 kq çəki dərəcəsində bir gün əvvəl bütün rəqiblərini üstələyən Turan Bayramov final görüşünə çıxacaq. O, həlledici görüşdə moldovalı Vasile Diakon ilə qarşılaşacaq.

86 kq-da Fərid Cabbarov təsəlliverici görüşdə mübarizə aparacaq. Cabbarovun da rəqibi Moldova təmsilçisi olacaq. Azərbaycan güləşçisi İvan İçizliyə qalib gələrək, üçüncülük yarışını davam etdirmək niyyətindədir. 21 yaşlı idmançı bunu bacarsa, türkiyəli İsmail Küçüksolaka rəqib olacaq.

92 kq çəkidəki Azərbaycan təmsilçisi Abdulcəlil Şabanov isə “bürünc” üçün döşəyə çıxacaq. O, Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) cütünün qalibi ilə üz-üzə gələcək.