Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə məşhur idmançı, alpinist Denis Urubko ilə oktyabrın 21-də görüş keçirilib.


Offsideplus.az xəbər verir ki, görüş zamanı əfsanəvi alpinist maraqlı çıxışı, ekstremal vəziyyətlərdə çəkilmiş unikal videoları ilə izləyiciləri tanış edib. Təhkiyəçilik istedadı, auditoriya ilə dialoq qurmaq qabiliyyəti, zaldakıların bütünlükdə diqqətini cəmləyə bilmək bacarığı və Denisin şəxsi xarizması görüşə qeyri-adi rəng qatıb.
Denisin onlarla insan həyatının xilası, unikal məşqlər, təbiətə qayğı, dağlara məxsus prinsiplər və təhlükəsizliyi gözləməyin əhəmiyyətini anladan çıxışı böyük marağa səbəb olub.

22 oktyabr tarixində isə məşhur idmançı Bakıxanov qəsəbəsində yerləşən Kühül dağında master-klass keçib və müxtəlif ləvazimatlardan istifadə metodlarını, bu ləvazimatların təkmilləşdirilməsi, dağlarda müxtəlif tapşırıqların öhdəsindən gəlməyə yardım edəcək tövsiyələrini bölüşüb.

Müxtəlif zirvələri fəth etmiş və mükəmməl məşqçi təcrübəsinə yiyələnmiş alpinistlərdən biri kimi özünün texnikasını işləyib hazırlayan Denis bu gün onu uğurla həyata keçirir.

Qeyd edək ki, Denis Urubko 14 səkkizminliyi fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.

aab381aa bf12 4282 90e6 27b629ce0914

21c000ff 6751 4f1e 820e fd3379faf6ca

8cafd2b1 59ea 42ef b151 c6c2df1dd8d5

8b9c6967 52b9 4a6d b45e a2e8af8e86bb

a4fac2fa 543f 449f 89f4 7c8aa1524a0f

f3c47b0b c62c 4eeb 806c 2cd179f6e4c3

9f1f647d fded 4aa1 9dfb be45a3befbe0