Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında  keçirilən Avropa çempionatında Azərbaycan milli komandası bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, yığmamız təsəlliverici qarşılaşmada Estoniyanı (4:0) məğlub edib. 

Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərindən üstün olub. 

Xatırladaq ki, milli qarışıq komanda yarışında ilk olaraq 1/8 finalda Avstriyanı (4:0) məğlub etsə də, 1/4 finalda Gürcüstana (0:4) məğlub olub təsəlliverici görüş keçirmək hüququ əldə etmişdi. 

Qeyd edək ki, bürünc medal qarşılaşmasında rəqib Almaniya olacaq.