Bu gün Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.

Offsideplus.az xəbər verir ki, tədbir  Bakı vaxtıyla saat 19:30-da başlayacaq. Qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust – 04 sentyabr tarixlərində Çernoqoriyanın Herseq-Novi şəhərində yerləşən Polino arenada keçiriləcək. 
 
Qeyd edək ki, komandalar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər. 
 
Xatırladaq ki, sayca beşinci dəfə keçiriləcək ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son qalibi “Beerbaşa” komandası təmsil edəcək. Təmsilçimiz avqustun sonu Bakı – İstanbul – Podqoritsa reysi ilə Çernoqoriyaya yollanacaq.